AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

6 Apr

Pilot qiymətləndirmələr haqda

PİLOT QİYMƏTLƏNDİRMƏLƏRƏ START VERİLDİ

Azərbaycan EHEA Tvinninq layihəsi yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə keyfiyyət təminatı üzrə Avropa meyarları və metodları praktikada sınaqdan keçirilir. Üç fin və eston və üç azərbaycanlı ekspertdən (onlardan biri tələblədir) ibarət beynəlxalq qiymətləndirmə qrupu Azərbaycan Dövlət İqtisad Universitetindəə qiymətləndirmə səfərinə başladılar. Növbəti həftə oxşar tərkibli ayrı bir qrup (3+3, onlardan biri tələbədir) Azərbaycan Dövlət Pedaqoji Universitetinə qiymətləndirmə səfəri edəcək. Üçüncü qiymətləndirmə səfəri aprel ayının sonuncu həftəsində Azərbaycan Texniki Universitetində  baş tutacaq.

Həyacanla dolu günlər yaşayırıq. Hətta həyəcandan iki Avropalı ekspertimiz vizaya gec müraciət edib. Qiymətləndirmə səfərinin proqramının son anda dəyişdirilməsinə baxmayaraq qiymətləndirmə səfəri uğurlu oldu. Qiymətləndirmə səfəri çərşənbə axşamının səhəri tam tərkibli qrupla işə başladı. Gecikməyə baxmayaraq qiymətləndirmə səfəri planlaşdırıldığı kimi həyata keçirildi.

Qiymətləndirmə səfərlərindən sonra qruplar öz hesabatlarını hazırlayacaqlar. Hesabatlar Azərbaycan dilinə tərcümə edilərək pilot universitetlərə göndəriləcək. Universitetlərə qiymətləndirmə ilə bağlı ilkin şifahi rəy də verilir. İyun ayında Tvinninq layihəsi pilot qiymətləndirmələrin nəticələrini müzakirə etmək üçün qiymətləndiricilərin və universitet nümayəndələrinin iştirakı ilə seminar təşkil edəcək. Bundan sonra, ekspertlər Təhsil Nazirliyi, ANİ və universitetlərə yekun tövsiyələrini təqdim edəcək.