ƏSAS NƏTİCƏ 1: Normativ-hüquqi çərçivə
1.1 Qanunverilik çərçivəsinin təhlili
· Azərbaycanın ali təhsil sahəsi üzrə qanunvericiliyinin Bolonya Siyasətləri Çərçivəsi ilə müqayisə olunması, güclü və zəif tərəflərin müəyyən olunması və boşluqlarla bağlı hesabatın hazırlanması
1.2 Qanunvericiliyə yenidən baxılması
· Kvalifikasiyalar Çərçivəsi sahəsində qanunvericiliyin və Kvalifikasiyalar Çərçivəsinin ali təhsilə dair hissələrinin hazırlanması və Avropa Ali Təhsil Məkanına (AATM) uyğunluğun təmin edilməsi prosesində azərbaycanlı tərəfdaşlara konkret tövsiyələrin verilməsi
· Qısamüddəti ekspertlər tərəfindən hazırlanmış və benefisiar ölkə ilə razılaşdırılmış tövsiyələr əsasında normativ-hüquqi aktlara düzəlişlərin layihəsinin hazırlanması
Ekspertlərin təhlili və tövsiyələri
· Qanunvericilik Çərçivəsinin Təhlili, Fəaliyyət 1.1. Ekspertlər Sille Uusna və Lagle Zobel tərəfindən hazırlanan missiya hesabatına Əlavə
Təhsil Nazirliyində qanunvericiliyə dair seminar, almaniyalı ekspert, professor Achim Albrecht, mühazirələr.
Almaniyalı ekspert Achim Albrecht və benefisiar ölkə üzrə layihə rəhbəri Emin Əmrullayev.
ƏSAS NƏTİCƏ 2: Koordinasiya və Şəbəkələşmə
2.1 İşlərin gedişatına dair təhlil
· Azərbaycanda AATM/Bolonya islahatlarının icrasının qiymətləndirilməsinə dair hesabat
2.2 AATM islahatlarının koordinasiyası
· Cari institusional quruluşun, inzibati proseslərin və koordinasiya mexanizmlərinin qiymətləndirilməsi
· AATM islahatlarının koordinasiyasını əks etdirən təşkilati struktur sxemi ilə yanaşı institusional və inzibati dəyişikliklərlə bağlı tövsiyələr
· İllik işçi plana malik Milli Bolonya Komitəsi
· Milli AATM/Bolonya sisteminə dair veb səhifə
2.3 İnstitusional tədbirlərə dair yol xəritəsi
· Gələcəkdə AATM tələblərinə cavab verəcək sistemin yaradılmasına dair benefisiar ölkə ilə razılaşdırılmış işçi planı/yol xəritəsi
2.4 İdarəetmə və Koordinasiya
· İdarəedici, koordinasiyaedici və təlim qurumları və/və ya mexanizmləri üzrə vəzifə öhdəliklərinin işlənib hazırlanması, ilkin dövrlərdə bu sahədə fəaliyyətin müvafiq olaraq dəstəklənməsi
· Mandata və resurs kimi xidmət göstərmək üçün müvafiq vasitələrə malik Bolonya ekspertlərinin aktiv şəbəkəsinin yaradılması
2.5 Təlim ehtiyaclarının təhlili
· Təlim ehtiyaclarına dair hesabat və tövsiyələrin hazırlanması və benefisiar tərəf ilə razılaşdırılması
2.6a Bençmarkinq, təşkilati tədbirlər
· Benefisiar ölkənin təxminən 20 nəfər ekspertinə Aİ üzvü olan ölkənin Bolonya prosesinin icrası ilə bağlı mövcud müsbət təcrübəsinə dair benefisiar ölkədə üç günlük təlimin təşkil olunması
2.6b FINEEC və EKKA təşkilatlarında təcrübə proqramı
· Finlandiya və Estoniyada benefisiar tərəfin iki nəfər eksperti üçün iki həftəlik təcrübə proqramının həyata keçirilməsi
2.6c Brüsselə tədris səfəri
· Benefisiar tərəfin beş nəfər eksperti və bir nəfər tərcüməçi üçün Belçikaya bir həftəlik tədris səfərinin təşkil olunması
2.7 Kommunikasiya Strategiyası
· Kommunikasiya strategiyasının layihəsinin (məqsədlər, hədəf qrupları, əsas mesajlar, kommunikasiya kanalları, vaxt çərçivəsi, qiymətləndirmə) benefisiar ölkə ilə razılaşdırılması
Ekspetlərin təhlili və tövsiyələri
· Azərbaycanda AATM islahatlarının icrasının qiymətləndirilməsi, Fəaliyyət 2.1. Ekspertlər Kauko Hämäläinen və Sirpa Moitus tərəfindən hazırlanmış missiya hesabatına Əlavə
· Təlim Ehtiyaclarının Təhlilinə dair hesabat və tövsiyələr, Fəaliyyət 2.5. Ekspertlər Kauko Hämäläinen və Juha Sihvonen tərəfindən missiya hesabatına Əlavə
Sumqayıt Dövlət Universitetində müsahibə
Finlandiyalı ekspertlər professor Kauko Hämäläinen və professor Juha Sihvonen Təhsil Nazirliyində seminar zamanı
Azərbaycan Dillər Universitetinin rektor əvəzi, professor Dünyamin Yunusov (sağda)
ƏSAS NƏTİCƏ 3: Azərbaycan Kvalifikasiyalar Çərçivəsinin Hazırlanması (AzKÇ)
3.1 AATM və AATM KÇ Təlimi
· Təhsil Nazirliyi, özəl və dövlət universitetlərinin nümayəndələri üçün AATM KÇ, təlim nəticələri və əlaqədar aspektlər sahəsində təlimin təşkil olunması – bir günlük giriş seminarı və təxminən 80 nəfər üçün beş ədəd iki günlük təlim sessiyası
3.2 AzKÇ-da boşluqların təhlili
· AzKÇ-nin Avropa KÇ ilə müqayisəsi və boşluqları təhlilinə dair hesabatın hazırlanması
· Ali təhsilin hər üç səviyyəsində kvalifikasiyalar üçün bilik, bacarıq və kompetensiyaların (müvafiq səviyyəsinin) müəyyən edilməsi yolu ilə AzKÇ-nin təkmilləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması və benefisiar tərəflə razılaşdırılması
3.3 Ali təhsil kvalifikasiyalarının və kurrikulumun uzlaşdırılması
· Ali təhsil dərəcələri ilə bağlı cari vəziyyət, xüsusilə də üçüncü səviyyə/doktorluq dərəcəsinin təhlil olunması və bu sahədə vəziyyətin yaxşılaşdırılması ilə bağlı tövsiyələrin hazırlanması
· Doktorluq proramlarının gələcək inkişafı məqsədilə yol xəritəsinin hazırlanması və benefisiar tərəflə razılaşdırılması
3.4 AzKÇ-nin sonrakı mərhələdə icrası
· Təhsil Nazirliyi və universitet nümayəndələri üçün AzKÇ-nin hissələrinin sonrakı mərhələdə icrasına dair bir günlük seminarın təşkili– təxminən 20 nəfər iştirakçı
· Məqsədlər, vəzifələr, vaxt çərçivəsi və özünü sertifikatlaşdırma prosesi üçün tələb olunan resursların əhatə olunduğu yol xəritəsinin hazırlanması
3.5 Təcrübə və Prosedurların artırılması
· Tanınma prosedurları və təcrübəsinin yenilənməsi ilə bağlı təkliflərin hazırlanması və benefisiar tərəflə razılaşdırılması
Benefisiar ölkə üzrə komponent rəhbəri Azad Axundov və Təhsil Nazirliyinin sektor müdiri Nigar İsmayılzadə
Qafqaz Universitetinin Texnoloji Parkına səfər və tələbələrlə görüş
ƏSAS NƏTİCƏ 4: Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Standartlar və Rəhbər Qaydalar
4.1a Bolonya Kontekstinin Yenilənməsi
· Benefisiar tərəf üçün üç günlük təlim sessiyasının təşkili, təlim materiallarının işlənib hazırlanması və paylanması – benefisiar tərəfi təmsil edən təxminən 40 nəfər ekspert
4.1b Finlandiya və Estoniyaya tədris səfəri
· Benefisiar tərəfin yeddi eksperti və bir nəfər tərcüməçi üçün Finlandiya və Estoniyaya bir həftəlik tədris səfərinin təşkili
4.2 Mövcud Akkreditasiya Təcrübəsinin Xəritələnməsi
· Boşluqların təhlili, hesabat və tövsiyələrin hazırlanması
4.3 Keyfiyyət üzrə Standart və Rəhbər Qaydalar
· Azərbaycanda Keyfiyyətin Təminatı üzrə Standart və Rəhbər Qaydalara dair təklif
· Pilot qiymətləndirmə üçün təlimatın layihəsinin hazırlanması və benefisiar tərəflə razılaşdırılması
4.4 Özünü qiymətləndirmə potensialının gücləndirilməsi
· Seçilmiş üç ali təhsil müəssisəsində seminarların təşkili və özünü qiymətləndirmə prosesinin həyata keçirilməsi sahəsində bacarıqların inkişaf etdirilməsi
4.5 Pilot qiymətləndirmə
· Görüləcək qiymətləndirmə işlərinin (proqram və institusional qiymətləndirmə) benefisiar tərəflə razılaşdırılması
· Sınaq qiymətləndirmənin kriteriyaları və göstəricilərinin müəyyən olunması, formatın hazırlanması və benefisiar tərəflə razılaşdırılması
· Standartlar və Rəhbər Qaydaların üç ali təhsil müəssisəsində təcrübədən keçirilməsi
· Azərbaycanın üç ali təhsil müəssisəsi ilə bağlı xarici qiymətləndirmə hesabatlarının hazırlanması
4.6 Pilot qiymətləndirmələrin təhlili
· Sınaq qiymətləndirmənin nəticələrinə dair hesabatın hazırlanması
· Sınaq işlərinin qiymətlənləndirilməsi və tövsiyələrin hazırlanması
· Pilot qiymətləndirmə təcrübəsinin və onun nəticələrinin bölüşülməsi
· Keyfiyyətin Təminatı üzrə Standartlar və Rəhbər Qaydalarla bağlı yeni təklifin irəli sürülməsi və benefisiar tərəflə razılaşdırılması
· Keyfiyyətin Təminatı üzrə Agentliyin konseptual layihəsinin və AATM ilə səsləşən Keyfiyyətin Təminatı sisteminin həyata keçirilməsinə dair yol xəritəsinin yaradılması ilə bağlı təklifin hazırlanması və benefisiar tərəflə razılaşdırılması
Ekspertlərin təhlili və tövsiyələri
· Mövcud Akkreditasiya Təcrübəsinin Sxeminin yaradılması, Fəaliyyət 4.2. Ekspertlər Tiia Bach və Kati Isoaho tərəfindən hazırlanan missiya hesabatına Əlavə
Ekspertlər Kati Isoaho (Finlandiya) və Tiia Bach (Estoniya), benefisiar ölkə üzrə komponent rəhbəri Əfqan Abdullayev
Keyfiyyətin Təminatı üzrə ekspertlər üçün Bakı Dövlət Universitetində təşkil olunmuş birinci təlim başa çatmışdır.