AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

13 Mar

Layihənin mühüm mərhələsi barədə

Azərbaycan EHEA Tvinninq layihəsinin 18 ayı artıq geridə qalıb. Layihənin ümumi məqsədi və hədəfi istiqamətində yaxşı irəliləyişə nail olmuşuq. Xatırlatmaq istərdim ki, tərəflər arasında razılaşdırılmış ümumi məqsəd - Avropa Ali Təhsil Məkanına (EHEA) inteqrasiya vasitəsilə Azərbaycan ali təhsil sisteminin daha da inkişaf etdirilməsi və hədəf –  Bolonya ilə əlaqəli siyasətlərin və EHEA məqsədlərinin və istinad alətlərinin həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi və digər əsas maraqlı tərəflərin institusional potensialının artırılması.

Ali təhsil sisteminin inkişafını, o cümlədən tamamlanmamış layihənin töhfəsini qiymətləndirmək və sübut etmək heç də asan deyil. Bununla belə, EHEA-ya inteqrasiyanı təşviq etmək üçün çox iş görülüb. Əsasən fin və eston olmaqla avropalı ekspertlər bu günədək Azərbaycanda 345 gün keçirib və yerli həmkarları ilə birgə işləyiblər. Yeddi azərbaycanlı ekspert Helsinki və Tallinə birhəftəlik tədris səfərində və Akkreditasiya və Nostrifikasiya İdarəsinin (ANİ) iki rəsmisi isə FİNEEC və EKKA-da ikihəftəlik praktikada olublar. Bundan əlavə, ANİ-nin yaradılması Azərbaycan ali təhsilinin Avropa Ali Təhsil Məkanına daha sıx inteqrasiyası istiqamətində mühum addımdır.

Nazirlikdə və digər ali təhsil müəssisələrində institusional potensialın artırılmasına dair sübutlar təmin etmək daha asandır. Layihə çərçivəsində indiyədək 100-ə yaxın görüş (seminarlar, təlimlər və müsahibələr) keçirilib və bu görüşlərdə bəziləri bir neçə dəfə olmaqla 553 Azərbaycan ali təhsil eksperti iştirak edib. Nazirlikdə, ANİ-də və əsas universitetlərdə ali təhsildə keyfiyyət təminatı və EHEA prinsipləri və alətləri barədə təcrübə artır.

Tamamlanmasına yarım il qalan EHEA Tvinninq layihəsinin önəmli mərhələləri yaxındadır. Üç Azərbaycan universiteti pilot qiymətləndirmələr üçün seçilib və onların işçi heyəti müvafiq olaraq təlimləndirilib. Hədəf Avropa keyfiyyət təminatı meyarlarını və metodlarını Azərbaycana tətbiq etməklə onları sınaqdan keçirməkdir. Pilot universitetlər özünütəhlil hesabatını hazırlayıb. Hal-hazırda, beynəlxalq, azərbaycanlı və avropalı ekspertlərdən ibarət qiymətləndirmə komandaları pilot universitetlərə sahə səfərlərinə hazırlaşırlar. Bu sahə səfərləri növbəti ay baş tutacaq! Qiymətləndirmələrin nəticələrini müzakirə etmək üçün qiymətləndiricilərin və universitet nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək. Seminar iyun ayında Tvinninq layihəsi çərçivəsində keçiriləcək. Bundan sonra, ekspertlər Nazirliyə, ANİ-yə və universitetlərə yekun tövsiyələrini verəcəklər.