Son bir neçə həftə bizim AATM Tvinninq layihəsinin həyata keçirildiyi dövr ərzində ən uğurlu həftələr kimi yadda qaldı. Missiya çərçivəsində bazar ertəsi keçirilən ilk görüş çox şey vəd etmirdi. Günorta ofisi tərk edəndə güclü yağış başladı. Son həftələr baş tutan missiyalar Azərbaycan ali təhsil sisteminin mövcud hüquqi bazası ilə bağlı idi ki, keçən payız biz bu sahədə müəyyən çətinliklərlə qarşılaşmışdıq. Əsas çətinlik Nazirliyin hüquq ekspertlərinin layihəyə cəlb olunması ilə bağlı idi.
Növbəti payız, növbəti səylər. Bu dəfə vəziyyət ötənki ilə müqayisədə dəyişib və bizim layihənin ekspertləri bu dəfə Elm, Ali Təhsil və Orta İxtisas Təhsili şöbəsi, Akkreditasiya və Nostrifkasiya İdarəsindən olan həmkarları, eləcə də Hüquq şöbəsindən olan həmkarları ilə görüşməyə müvəffəq oldular. Aparılan müzakirələrdə mükəmməl harmoniya müşahidə olunurdu. Azərbaycanlı həmkarlar və ekspertlərimiz Sille və Lagle cari qanunların Avropa standartları ilə səsləşməsini təmin etmək üçün hansı şəkildə düzəliş edilməli olduğunu ətraflı müzakirə etdilər. Və tövsiyələrin əksər hissəsi qəbul olundu. Şəxsən mənim üçün layihənin ən pik məqamlarından biri müzakirələrin birində bizim estoniyalı ekspertin Hüquq şöbəsinin əməkdaşlarından birinin ali təhsil qanunvericiliyi sahəsində ixtisaslaşmalı olduğunu tövsiyə edən zaman baş verdi. Bu tövsiyə Elm, Ali Təhsil və Orta İxtisas Təhsili şöbəsinin əməkdaşının ürəyindən xəbər verdi və o, elə həmin andaca bildirdi ki, elə o da bunun baş verməsinin tərəfdarıdır. Hüquq şöbəsinin əməkdaşı isə bu məsələlərlə məşğul olacağını bildirdi. Beləliklə, əməkdaşlığın yeni istiqamətləri yarandıqca daha bir çətinlik geridə qaldı.
Vəziyyət yaxşılığa doğru dəyişdikcə sözün həm hərfi, həm də məcazi mənasında günəş yenidən doğaraq işıq saçmağa başladı.
Nazirlikdə bizim layihə üçün çox əməmiyyətli hesab olunan həmkarlarımdan birinin toy məclisinə dəvət olunmağım məni çox sevindirdi. Azərbaycan toyları barədə az eşitməmişəm. Bundan çox şərəf duyuram və yaddaşda qalacaq həmin toyu səbirsizliklə gözləyirəm.