Dörd həftəlik tətildən sonra işə qayıtmaq bir çoxları üçün çətindir. Xarici ölkədə, evindən uzaqda işləyənlər üçün bu daha da çətindir. Bu yay tətilimi çox gözəl keçirdim, yenidən həyat yoldaşım İlona, pişiyim Reino, (yetkin) uşaqlarım və qız nəvəmi görmək və onlarla vaxt keçirmək çox gözəl idi.
Bununla belə, Bakıya geri qayıtmaq da xoş idi – özünü evində hiss eləyəndə geri qayıtmaq həmişə xoşdur. İlk xoş surprizlə Bakı hava limanında qarşılaşdım. Adətən məni Təhsil Nazirliyindən evimə aparan və artıq dostlaşdığım taksi sürücüsü hava limanında məni qarşıladı. Növbəti gün Təhsil Nazirliyində gördüyüm ilk şəxs xadimə oldu. Mənə xoş gəldin demək üçün otağa gəlmişdi. Yenidən nazirlikdə həmkarlarımla işə başlamaq necə də xoşdur. Olduqca xoş görüşlər idi. Nə taksi sürücüsü, nə də ki xadimə ingilis dilini bilmir. Elə mən də azərbaycan dilini bilmirəm. Lakin bu fərq etmir, biz sadəcə dostuq və yenidən bir-birimizi görməyimizə şadıq.
AATM Tvinninq layihəsinin ikinci ili sürətlə irəliləyir. İdarəetmə komitəsi rüblük görüşünü keçirdi, ikinci ilin ilk iki missiyası artıq geridə qalıb və payız fəslinin təqvimində bir çox missiya nəzərdə tutulub. Tərlan mənimlə ofisdədir və tezliklə Aytac da bizə qoşulacaq. Biz komandayıq və əminəm ki, müvəffəqiyyət və uğur bizimlə olacaq. İnşallah!